|
|
|
|

Pakistan Ordusu Bəlucistan əyalətində keçirdiyi antiterror əməliyyatı zamanı azı iki yaraqlını zərərsizləşdirib.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr üzrə İdarələrarası Xidməti məlumat yayıb.
Məlumata görə, iyunun 28-də Pakistan hərbçiləri Duki dairəsini ekstremistlərdən təmizləmək üçün əməliyyat keçirib. Onların hədəfi ölkədə qadağan olunmuş “Fitnə əl-Hindustan” qruplaşmasının yaraqlıları olub. Qarşıdurma zamanı iki terrorçu zərərsizləşdirilib, daha iki silahlı isə saxlanılıb.
Xidmət bildirib ki, hərbçilər arasında itki yoxdur.



