“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və onun Parlament Məclisi Qara Dəniz hövzəsi ölkələri üçün Uşaq Fondu yaratmalıdır. Biz - bunu ətrafında xeyli sayda qeyri-hökumət təşkilatını birləşdirən Uşaq Paktı olaraq təklif edirik və hesab edirik ki, bu təklifimiz müsbət qarşılanacaq, o cümlədən, nəzərə alınacaq”.
525.az-ın məlumatına görə,Bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT) Baş Assambleyasının Bakıda keçirilən 40-cı sessiyasına qatılan Uşaq Paktının sədri Merela Oprea dilə gətirib. Onun qeyd etdiyinə görə, belə bir Fonda ciddi ehtiyac duyulur: “ Çünki bu bölgədə xeyli sayda yardıma, köməyə ehtiyacı olan, o cümlədən, diskriminasiyaya məruz qalan uşaqlar var. Belə bir Fond yaradılarsa , onun vasitəsi ilə həmin uşaqların problemlərinin həlli istiqamətində müsbət addımlar atıla və müsbət nəticələrə nail oluna bilər. Eyni zamanda, bu tədbirdə iştirakımıza görə azərbaycanlı millət vəkili Jalə xanım Əliyevaya öz dərin təşəkkürümüzü çatdırırıq. Məhz onun sayəsində bu tədbirə qatılmaq və çıxış etmək imkanı qazandıq. Son olaraq bir daha bildirmək istəyirəm ki, Uşaq Fondunun yaradılması istiqamətində addımların atılacağına çox ümidliyik”.