|
|
|
|

"Yaxın gələcəkdə minimum əməkhaqqının 25 faiz artırılması gözlənilmir".
Bunu 525.az-a iqtisadçı Xalid Kərimli bildirib.
Onun sözlərinə görə, minimum əməkhaqqı hamıya tətbiq olunur. Hazırda 400 manat az görünə bilər. Lakin özəl sektorun zəif inkişafı bu artımı çətinləşdirir:
"Adətən minimum əməkhaqqı artımı iki ildən bir, ilin sonunda büdcə paketi çərçivəsində təsdiqlənir.2026-cı il üçün inflyasiya proqnozları stabildir və ciddi iqtisadi dəyişiklik gözlənilmir. Bu səbəbdən ilin ortasında artım ehtimalı çox aşağıdır".
Sevinc Qarayeva



