|
|
|
|

Fələstin prezidenti Mahmud Abbas yanvarın 21-də Moskvaya səfər edəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfirliyi məlumat yayıb.
Mahmud Abbas səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Qeyd edək ki, səfirliyin yaydığı xəbərdə səfərin 2 günlük olacağı da bildirilir.
L.Tağıyeva



