https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
https://525.az/img/pics/medium/2026-07/396364_q2zvyp1ule.jpg Köçdü yaddaşıma, bitdi qəlbimdə
search
3 İyul 2026

Azərbaycan şahmatçılarının FIDE reytinqindəki mövqeyi bəlli olub

Azərbaycan şahmatçılarının FIDE reytinqindəki mövqeyi bəlli olub

Azərbaycan şahmatçılarının FIDE reytinqindəki mövqeyi bəlli olub.

525.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Şəhriyar Məmmədyarov may ayının cədvəlində 2717 əmsalla 26-cı pillədə qərarlaşıb.

Teymur Rəcəbov (2689) 39-cu, əmsalını 2665-ə çatdıran Aydın Süleymanlı 49-cu, Eltac Səfərli (2648) 70-ci, Rauf Məmmədov (2636) 90-cı sıradadır.

Qadınlardan ən yaxşı göstərici Ülviyyə Fətəliyevaya (2450) məxsusdur. O, hazırda 25-cidir. Günay Məmmədzadə (2374) 69-cu, Gövhər Beydullayeva (2368) 72-ci, Xanım Balacayeva (2350) 94-cüdür.

Qeyd edək ki, kişilərdə norveçli Maqnus Karlsen (2840), qadınlarda çinli Hou Yifan (2596) reytinq cədvəlinə başçılıq edirlər.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.