https://525.az/img/pics/medium/2022-12/250611_vlm8p6h6sg.jpg Sağlamlıq imkanları məhdud uşaqlar üçün peşə təhsili imkanları
https://525.az/img/pics/medium/2026-06/394940_hcadvmixgn.jpg Meduzanın saçları
https://525.az/img/pics/medium/2026-06/394791_cevw20zuig.jpg Onlayn kreditləri artıran səbəblər
https://525.az/img/pics/medium/2026-06/394797_sm6r2h4nm2.jpg "Pyero və Arlekin" - ​​​​​​​"Bir rəsmin dedikləri"
search
19 İyun 2026

"Bu, ən maraqlı və ən çətin mərhələlərdən biri idi" Sahib Ələkbərov:

"Bu, ən maraqlı və ən çətin mərhələlərdən biri idi" Sahib Ələkbərov:

“Yarışımızın daha bir günü geridə qaldı. Bu, ən maraqlı və ən çətin mərhələlərdən biri idi. Həm məsafə, həm də yolların konfiqurasiyası baxımından”.

525.az xəbər verir ki, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov yarışın ikinci mərhələsinin yekunu ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

O, yarışın gözəl alındığını bildirib: “Qaliblərlə tanış oldunuz. Çox şadıq ki, qardaş Qazaxıstanın təmsilçisi bu yarışda belə yüksək nəticə göstərdi”.

S.Ələkbərov yarışa gözləniləndən daha çox maraq olmasına belə münasibət bildirib: “Budəfəki yarışımız çox yüksək səviyyədə keçir. Biz yarışı bərpa edəndə ilk məqsədimiz əvvəlki səviyyəni təkrarlamaq idi. Növbəti hədəf isə daha da irəli getməkdir. Bu, velosipedin fəlsəfəsidir. Dayandınsa, yıxılacaq. Biz isə yalnız irəli getmək istəyirik”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.