|
|
|
|
"Final görüşü öncəsi ayağımdan zədə almışdım. İstəmirdim ki, rəqibim bunu bilsin. Nə qədər gizlətməyə çalışsam da, Popov məhz həmin ayağıma ağrıdoğurucu fənd tətbiq edərək qalib gəldi".
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu Avropa Oyunlarında sambo yarışında gümüş medal qazanan Amil Qasımov jurnalistlərə deyib.
A. Qasımov bildirib ki, 2 ay öncə məhz Stanislav Popovu Dünya kubokunda final görüşündə məğlub edib. Azərbaycanlı samboçu rəqibin görüşdən sonra onu çiyninə alaraq aparmasına isə belə reaksiya verib:
"Sağ olsun, amma mən də olsaydım belə edərdim".
A.Qasımov qazandığı gümüş medalı Azərbaycan xalqına həsr etdiyini də əlavə edib.