|
|
|
|
Geyim istehsalçısı “Ralph Lauren” “OMsignal” şirkəti ilə birgə “PoloTech” “ağıllı” futbol köynəklərinin ilk kolleksiyasının satışına hazırlaşır.
Trend bu barədə “New York Post” qəzetinə istinadən məlumat verir.
Geyim sahibinin bədənin fiziki göstəricilərini izləyən sensorlarla təchiz olunub. Köynəkdən əldə olunan məlumatlar smartfonda quraşdırılan xüsusi proqrama ötürüləcək.
Köynəklər avqustun 31-də başlayacaq “US Open” tennis turnirində nümayiş olunacaq. Turnirdə “PoloTech”-ləri 295 dollara əldə etmək olacaq.