https://525.az/img/pics/medium/2024-05/313038_h7n2hbl7mb.jpg Azərbaycanlı generalın Sankt-Peterburqa və Varşavaya səfəri
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2022-07/231220_hgx8zt054t.jpg Pul və ruh - Rövşən Yerfi yazır
https://525.az/img/pics/medium/2024-05/313020_gbs2ijit41.jpg "Öpüş" - ​​​​​​​"Bir rəsmin dedikləri"
search
8 May 2024

Abatsiyev Azərbaycan vətəndaşlığından imtina edir

Abatsiyev Azərbaycan vətəndaşlığından imtina edir

Bakının "İnter" komandasının futbolçusu Abdulla Abatsiyev Azərbaycan vətəndaşlığından imtina qərarına gəlib.

525.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu haqda klubun baş məşqçisi Zaur Svanadze məlumat verib.

Onun sözlərinə görə, 22 yaşlı yarımmüdafiəçi yenidən Rusiya vətəndaşlığını qəbul etmək niyyətindədir.

Svanadze bildirib ki, Abatsiyev qonşu ölkə çempionatında oynaya bilməkdən ötrü bu addımı atıb:

"Rusiyada legionerlərin oynamasında ciddi məhdudiyyətlər var. Əsas heyətə düşməkdə çətinlik çəkməməkdən ötrü Abatsiyev vətəndaşlığını dəyişmək qərarına gəlib. Amma keçəcəyi klubun adını bilmirik".

Qeyd edək ki, Abdulla Abatsiyev Şimali Osetiyanın paytaxtı Vladiqafqazda doğulub. O, Azərbaycana 2011-ci ildə gəlib. Abatsiyev bir il "Sumqayıt"da çıxış etdikdən sonra "İnter"ə keçib. 2013-cü ildən etibarən gənc futbolçu Azərbaycanın 21 yaşadək və əsas yığmalarına cəlb olunub.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.