https://525.az/img/pics/medium/2024-05/313038_h7n2hbl7mb.jpg Azərbaycanlı generalın Sankt-Peterburqa və Varşavaya səfəri
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2022-07/231220_hgx8zt054t.jpg Pul və ruh - Rövşən Yerfi yazır
https://525.az/img/pics/medium/2024-05/313020_gbs2ijit41.jpg "Öpüş" - ​​​​​​​"Bir rəsmin dedikləri"
search
8 May 2024

AFFA İntizam Komitəsindən ikili yanaşma: daşın nə fərqi var?

AFFA İntizam Komitəsindən ikili yanaşma: daşın nə fərqi var?

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Premyer Liqanın XVIII turunun “Kəpəz” - “Neftçi” matçı başa çatdıqdan sonra meydan sahiblərinin bir qrup azarkeşi tərəfindən qonaq fanatların daşlanması səbəbindən Gəncə təmsilçisi ictimai asayişi və təhlükəsizliyi tam təmin etmədiyinə görə 5000 manat cərimə olunub.

Bu xəbəri daha əvvəl də oxucularımıza çatdırmışıq. Kimsə düşünə bilər ki, bunda qeyri-adi nə var? Məsələ AFFA İntizam Komitəsinin hadisələrə ikili yanaşmasıdır. Xatırlamayanlara xatırladaq ki, Premyer Liqanın ilk turunda, “Bakcell Arena”da baş tutan “Neftçi” - “Kəpəz” matçından sonra da buna bənzər insident yaşanmışdı. Həmin vaxt “Neftçi” azarkeşləri qonaqların avtobusunu daşa basmışdılar. Nəticədə də “Kəpəz”in avtobusunun şüşələri sındırılmışdı. Bu hadisənin canlı şahidləri arasında PFL prezidenti Ramin Musayev də var idi. Hadisə ilə bağlı PFL rəhbəri bunları demişdi: “Azarkeş davası olmasa, futbolun ləzzəti olmaz. Bu, bütün  dünyada belədir. Bizim azarkeşlər hətta digərlərindən çox sakitdilər. “Kəpəz”in avtobusunun şüşəsinin sındırılmasına görə “Neftçi”nin cəzalanması məsələsini aydınlaşdıracağıq. Bəlkə bunu heç “Neftçi” azarkeşləri etməyib?”

Yekunda məlum oldu ki, avtobusun şüşələri “Neftçi” azarkeşləri tərəfindən daşlanıb. Əgər belə olmasaydı, “ağ-qaralar” qarşı tərəfə dəyən ziyanı ödəməzdi. Amma həmin vaxt AFFA İntizam Komitəsi “Neftçi”ni cəzalandırmamışdı. Belə ki, matçdan 3 gün sonra keçirilən İntizam Komitəsinin iclasında  sözügedən oyunun 57-ci dəqiqəsində “Neftçi”, 71-ci dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə hər iki tərəf 1000 manat cərimə olunmuşdu.

Göründüyü kimi, AFFA İntizam Komitəsi məsələyə fərqli yanaşır. Daşın nə fərqi var ki? “Neftçi” azarkeşləri də daşlayıblar, “Kəpəz” fanatları da. Fərq ondadır ki, bir tərəf avtobusu, digər tərəf azarkeşləri nişan alıb. İstənilən halda atılan daşdır və Bakıdakı daşla Gəncədəki daşın arasında elə bir fərq yoxdu. Hər iki hadisədə meydan sahibi olan tərəf asayişi və təhlükəsizliyi tam təmin etməyib...

Futbolxeber.az

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.