https://525.az/img/pics/medium/2024-05/313038_h7n2hbl7mb.jpg Azərbaycanlı generalın Sankt-Peterburqa və Varşavaya səfəri
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2022-07/231220_hgx8zt054t.jpg Pul və ruh - Rövşən Yerfi yazır
https://525.az/img/pics/medium/2024-05/313020_gbs2ijit41.jpg "Öpüş" - ​​​​​​​"Bir rəsmin dedikləri"
search
8 May 2024

Tofiq Bəhramovun saydığı mübahisəli qolla bağlı suala birmənalı cavab veriləcək

Tofiq Bəhramovun saydığı mübahisəli qolla bağlı suala birmənalı cavab veriləcək
"Sky Sports" telekanalı futbol üzrə İngiltərə milli komandasının 1966-cı il dünya çempionatındakı qələbəsinin 50 illiyinə həsr olunmuş miqyaslı layihə hazırlayır.
 
"Report"un məlumatına görə, kanalın ekspertləri Ceymi Karrager və Ed Çemberlen statistik göstəricilər və kompüter qrafikinin köməyilə futbolçuların Almaniya ilə final matçındakı hərəkətlərini analiz edəcəklər.

Verilişdə həmin oyunun iştirakçıları, o cümlədən, qapıçı Qordon Benks və "het-trik" müəllifi Ceffri Herstlə müsahibə təqdim olunacaq.

Bundan başqa müasir texnologiyalardan istifadə etməklə, müəlliflər "Üçüncü qolda top qapını keçmişdimi?" sualına birmənalı cavab tapmağı vəd edirlər.
 
Veriliş 2016-cı il yanvarın 4-də efirə gedəcək.

Qeyd edək ki, əldə olan videotəkrarlardan heç biri hakimin qərarının düzgünlüyü barədə mühakimə yürütməyə imkan vermir.

Həmin qarşılaşmanın baş hakimi Qotfrid Dinst azərbaycanlı laynsman Tofiq Bəhramovla məsləhətləşdikdən sonra əminliklə mərkəzi göstərib. 

Görüş İngiltərə millisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.