|
|
|
|
1828-ci il. Dünyanın ilk və ən qədim zooparkı hesab olunan London Zooloji Parkı açılıb.
İlk vaxtlar buraya gətirilən növlərin elmi təcrübələrdə istifadə olunması planlaşdırılırdı. Amma 1847-ci ildə xalqın istifadəsinə açılıb.
Hazırda 806 növdə 20 minə yaxın heyvanın olduğu park Böyük Britaniyanın ən böyük zooparkıdır.
1992-ci il. Betti Butroyd Böyük Britaniya İcmalar Palatasının 700 illik tarixi ərzində ilk qadın spiker seçilib.
2005-ci il. Dünyanın ən böyük sərnişin təyyarəsi olan “Airbus A380” ilk uçuşunu edib. İkimərtəbəli gövdəsi olan təyyarə tək səfərdə 850 sərnişin daşıya bilir.
2006-cı il. 2001-ci il sentyabrın 11-də terror hücumu nəticəsində dağıdılan Dünya Ticarət Mərkəzinin yerində inşa olunan “Azadlıq qülləsi” binasının tikintisinə başlanılıb.
Hündürlüyü 541 metr (1776 fut – ABŞ-ın İstiqlaliyyət Bəyannaməsinin imzalandığı ilin şərəfinə) olan bina bu göstəriciyə görə Qərb yarımkürəsində birinci, dünyada isə dördüncüdür.