https://525.az/img/pics/medium/2024-05/312191_go5ng8ctfr.jpg Şəhidlər xiyabanının ilk "sakini"
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdışın miqyası sürətlə genişlənir
https://525.az/img/pics/medium/2022-04/223117_v8ott8gxpa.jpg Ehtiramla xatırlanmaq - Bayram Məmmədov yazır
https://525.az/img/pics/medium/2024-05/312217_m26smajz6j.jpg Şəhid şair Kamal Ömər bəy -  Kərkük ədəbiyyatı
search
2 May 2024

“Allah heç bir məşqçini çarəsiz qoymasın”

“Allah heç bir məşqçini çarəsiz qoymasın”

“Sumqayıt” klubunun baş məşqçisi Samir Abasovun müsahibəsi

- Komandanız Topaz Premyer Liqada mövsümü 8-ci pillədə başa vurdu. Bundan yaxşısını etmək olardı?

- Təbii ki, nətiçə ürəkaçan deyil. Ancaq ürəkaçan oyunlarımız oldu. “Qarabağ” və “Nefçi”yə qalib gəldiyimiz görüşləri yadınıza salın. Müəyyən problemlərimiz var idi. İlk növbədə qapı xətti ilə bağlı narahatlıq mövcud idi. Çox çətinliklər çəkdik. Bunun nəticəsidir ki, yaxşı yerlərdən birini tuta bilmədik. Hər kəs deyirdi ki, sizə yaxşı qapıçı lazımdır. Biz Səlahət Ağayevi komandaya gətirdik. Mövsüm ərzində səhvlərimizi bildik. Onların bəzilərini aradan qaldırdıq. Komanda sonuncu pillələrdə qərarlaşanda futbolçuların motivasiyası da istənilən kimi olmur. Onların fikri avrokuboklarda iştirak edəcək komandalara yönəlir. İndi bir çox futbolçuyla yollarımızı ayırmışıq. Yeni heyət qurub növbəti mövsümə hazırlaşmalıyıq.

- Əslində qış fasiləsinə qədər “Sumqayıt” inamlı çıxışı ilə yadda qalırdı. Fasilədən sonra komandanın oyununda eniş başladı.

- Düzdür. Ancaq elə qış fasiləsinə qədər itirdiyimiz xallar bizi bu yerlərə gətirdi. Bunun da əsas səbəbi qeyd etdiyimi kimi, qapıçı problemi ilə bağlı idi. Hər uduzduğumuz oyundan sonra jurnalistlər də qapıçımızın çıxışını tənqid edirdi. Mən isə tez-tez qapı xəttində dəyişiklik edirdim ki, bəlkə digər qapıçı nəsə edə bildi. Ancaq ikisi də gənc qapıçı idi.

- Səlahət Ağayevin gəlişindən sonra da komanda az qol buraxmadı.

- Tək qapıçını günhlandırmaq olmaz. Bütün qapıçıların səhvi olur. Qış fasiləsindən sonra müdafiə xəttimiz də etibarlı çıxış etmədi. Dəfələrlə oyuna əlavə edilmiş vaxtda qol buraxıb xallar itirdik. Düzdür, Səlahətin səhvləri oldu. Ancaq qış fasiləsində sonra ümumən komandada eniş var idi. Türkiyə toplanışı zamanı yoxlama oyunlarında komanda yaxşı çıxış etdi. Qələbələr qazandıq. Bəlkə də bu, futbolçularımızı çaşdırdı.

Qışda komandamıza Vaqif Cavadov gəldi. Onun ilk oyunu çox pis alındı. Bu isə söz-söhbətlərə səbəb oldu.

Futbolçular da səhvi bir-birində axtarmağa başladı. Bu kimi məsələlər gətirib komandanı bu yerə çıxardı.

Mövsümün sonuna yaxın yaxşı çıxış edirdik.  Allah heç bir məşqçini çarəsiz qoymasın. Təəssüflər olsun ki, bizdə belə hal yaşandı. Təsəvvür edin ki, son 4 ayı sol cinahda təkcə Slavik Alxasov oynadı. O mövqedə oynayacaq ikinci futbolçumuz olmadı.Çempionatı belə yola verdik. Ancaq peşəkar komandada belə şey olmamalıdır. Futbolçu düşünür ki, nə qədər pis oynasa da, onu əvəzləyəcək biri yoxdur. Təbii ki, bu kimi hallar komandanın nəticəsinə də təsir edir.

- Transfer işləri necə gedir?

- Öz futbolçularımızın bir çoxu ilə yeni müqavilələr imzalamışıq. Hələ ki, təkcə “Qarabağ”dan Fərhad Vəliyevi heyətə cəlb etmişik.

- Qapı xəttindən gilyeləndiniz. Fərhad Vəlieyevin bu çatışmazlığı aradan qaldıracağına ümidiniz nə dərəcədədir?

- Fərhadın mənim komandamda olmağını çoxdan istəyirdim. Həm təcrübəli, həm də liderlik xüsusiyyətləri olan qapıçıdır. İndiki halda bizim komandaya belə qapıçı çox lazımdır.

- Vüqar Nadirovun adı “Sumqayıt”la hallanır.

- Vüqar Nadirov bizim planlarımıza daxil deyil.

- Komandanın hazırlıq planı bəllidir?

- İyunun 22-də komandamız bir araya gələcək. Türkiyəyə getmək fikrimiz var. Ancaq bu barədə son qərarı klub rəhbərliyi verəcək.Biz öz planımızı rəhbərliyə təqdim etmişik. Onlar da çalışır ki, komanda ölkə xaricində hazırlaşsın. Məncə, Türkiyəyə yollanacağıq.  Bir neçə yoldaşlıq oyunu keçirsək, yaxşı olardı.

- Yeni transferlər olacaq?

- Əlbəttə, istədiyimiz oyunçular var. Onlardan xəbər gözləyirik.  Oyunçu qıtlığı var deyə hər yoldan keçəni də komandaya cəlb etməyəcəyik.  Lazım olsa, özümüzün 16 futbolçumuz və əvəzedici heyətin oyunçuları ilə mübarizə aparacağıq.

- Əcnəbi futbolçularla maraqlanırsınız?

- Bəli, legioner də ola bilər. Həm əcnəbi futbolçu transferi, həm də ölkə xaricində toplanış kemək məsələsinə yaxın 10 gün içində aydınlıq gələcək.

- Sonda futbolumuzun acınacaqlı durumu ilə bağlı fikirlərinizi öyrənək. Topaz Premyer Liqada oynamağa komanda tapılmır.

- Çox pis durumdur. Məsələ burasındadır ki, Premyer Liqaya can atan klubların sənədləri qaydasında deyil. Elə klublar da var ki, onların olmağındansa olmamağı yaxşıdır. Çempionatda komandaların sayı getdikcə azalır. Bundan pis şey ola bilməz. Futbolumuz uçuruma doğru gedir. Tezliklə bundan bir çıxış yolu tapmaq lazımdır. Səkkiz komanda ilə çempionatın ləzzəti olmaz.

Qol.az

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.