British Petroleum (BP) neft-qaz şirkəti “Energetika sektorunun icmalı” adlı hesabat yayımlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabatda 2015-ci ilin sonu üçün dünya ölkələrindəki neft ehtiyatlarının təsdiqlənmiş miqdarını göstərilib.
Hesabata əsasən, Azərbaycanın təsdiqlənmiş neft ehtiyatları 7 milyard barel təşkil edir.
Dünyada ən çox neft istehlak edən ölkələrin başında isə ABŞ (sutkada 19 milyon 396 min barel) və Çin (sutkada 11 milyon barel 968 min barel) dayanır.
Modern.az təsdiqlənmiş neft ehtiyatına görə dünya lideri olan ölkələrin bir qismini təqdim edir.
Venesuela – 300,9 milyard dollar Səudiyyə Ərəbistanı – 266,6 milyard barel Kanada – 172,2 milyard barel İran – 157,8 milyard barel İraq – 143,1 milyard barel Rusiya – 102,4 milyard barel Küveyt – 101,5 milyard barel ABŞ – 55 milyard barel Çin – 18,5 milyard barel Azərbaycan – 7 milyard barel Özbəkistan – 0,6 milyard barel Türkmənistan – 0,6 milyard barel