https://525.az/img/pics/medium/2024-05/313038_h7n2hbl7mb.jpg Azərbaycanlı generalın Sankt-Peterburqa və Varşavaya səfəri
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2022-07/231220_hgx8zt054t.jpg Pul və ruh - Rövşən Yerfi yazır
https://525.az/img/pics/medium/2024-05/313020_gbs2ijit41.jpg "Öpüş" - ​​​​​​​"Bir rəsmin dedikləri"
search
8 May 2024

Messi: "Ardanın milliyə niyə çağırılmadığını bilmirəm"

Messi: "Ardanın milliyə niyə çağırılmadığını bilmirəm"

"Barselona"nın futbolçusu Lionel Messi komanda yoldaşı Arda Turan haqda danışıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, türk yarımmüdafiəçinin komanda üçün önəmli oyunçu olduğunu deyib:

"Hamımız onun xüsusi futbolçu olduğunu bilirik. Elə məhz buna görə "Barselona" Ardanı transfer etdi. O, fərqli mövqelərdə oynayaraq komandaya kömək edir. 6 ay futbol oynamadığı vaxt Arda üçün çətin oldu. Ancaq bu dönəmdən yaxşı keçdi".

Argentinalı hücumçu bildirib ki, A.Turan "Barselona"da "Atletiko"da etdiklərindən artığını edəcək:

"Arda mövsümə yaxşı başlayıb. Həm qollar vurur, həm də qol ötürmələri verir. O, bəzən mənim, Neymarın, bəzən də Rakitiç və İnyestanın mövqeyində oynayır. Bu isə hər kəsin edə biləcəyi bir şey deyil. Onun İnyestanın yerini alacağı fikri ilə razılaşmıram. Hər futbolçunun oyun üslubu fərqlidir. Ardanın digər oyunçulardan fərqləndirən xüsusiyyətlət var.  Onun bizə qazanacağımız uğurlara böyük köməyi olacaq".

L.Messi Ardanın Türkiyə millisinə çağırılmamağına da münasibət bildirib:

"Onun niyə milliyə çağırılmadığını bilmirəm. Ümid edirəm ki, qısa zamanda ölkəsi üçün oynamaq şansını qazanacaq".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.