https://525.az/img/pics/medium/2024-05/313038_h7n2hbl7mb.jpg Azərbaycanlı generalın Sankt-Peterburqa və Varşavaya səfəri
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2022-07/231220_hgx8zt054t.jpg Pul və ruh - Rövşən Yerfi yazır
https://525.az/img/pics/medium/2024-05/313020_gbs2ijit41.jpg "Öpüş" - ​​​​​​​"Bir rəsmin dedikləri"
search
8 May 2024

Qurban Qurbanov Ali Neft Məktəbində

Qurban Qurbanov Ali Neft Məktəbində

Bakı Ali Neft Məktəbində (BANM) “Qarabağ” (Ağdam) futbol klubunun baş məşqçisi Qurban Qurbanovla görüş keçirilib.

Bu barədə 525.az-a Ali Məktəbdən məlumat verilib.

BANM-in rektoru Elmar Qasımov qonağı ali məktəbin professor-müəllim heyəti və tələbələri adından salamlayıb.
 
Rektor Qurban Qurbanovun idman karyerasından və başçılıq etdiyi komandanın uğurlarından söhbət açıb. “Qarabağ” futbol klubunun azarkeşi olduğunu deyən Elmar Qasımov klubun daşıdığı adın hər bir azərbaycanlı üçün əziz olduğunu da vurğulayıb.

E.Qasımov qeyd edib ki, “Xaricdə bizim idmanımızı layiqincə təmsil edən Qurban Qurbanovun və klubun futbolçuları sayəsində Avropada və bütün dünyada “Qarabağ” sözü qələbə simvoluna çevrilir”.

Vaxtilə Azərbaycan milli komandasının ən yaxşı hücumçusu olan Qurban Qurbanov BANM-in rəhbərliyinə ali məktəbə dəvət olunmasına görə təşəkkür edib.

O deyib ki, BANM-in tələbələri çox savadlı və istedadlı gənclərdir və öz biliklərinə görə ölkənin ən aparıcı ali təhsil müəssisələrindən birində təhsil almaq haqqını qazanıblar.

Qonaq həmçinin qeyd edib ki, BANM-in hazırladığı mühəndis mütəxəssisləri Azərbaycanın uğurlu neft-qaz sənayesinin inkişafı üçün lazımdır və o, tələbələrə seçdikləri peşələrdə və tədrisdə müvəffəqiyyətlər arzulayıb.

Sonra Q.Qurbanov çoxsaylı suallara cavab verib və ən maraqlı sualların müəlliflərinə “Qarabağ” futbol klubunun baş məşqçisinin imzası ilə toplar hədiyyə edib.

Görüşün sonunda BANM-in rektoru Q.Qurbanova plaket, o isə öz növbəsində E.Qasımova idman suvenirləri və hədiyyələr bağışlayıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.