https://525.az/img/pics/medium/2024-05/313038_h7n2hbl7mb.jpg Azərbaycanlı generalın Sankt-Peterburqa və Varşavaya səfəri
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2022-07/231220_hgx8zt054t.jpg Pul və ruh - Rövşən Yerfi yazır
https://525.az/img/pics/medium/2024-05/313020_gbs2ijit41.jpg "Öpüş" - ​​​​​​​"Bir rəsmin dedikləri"
search
8 May 2024

"Qəbələ" "Sent-Etyen”ə məğlub oldu

"Qəbələ" "Sent-Etyen”ə məğlub oldu
"Qəbələ" klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, Roman Qriqorçukun yetirmələri IV tur çərçivəsində "Sent-Etyen”i qəbul ediblər.
 
İki həftə əvvəl səfərdə minimal hesabla məğlub olduğu rəqibi ilə bu dəfə doğma meydanda üz-üzə gələn “qırmızı-qaralar” azarkeşləri önündə qrup mərhələsində ilk qələbə sevincini yaşaya bilməyib.
 
Oyuna qonaqlar fəal başlayıblar. Fransızlar ilk 20 dəqiqədə bir neçə epizodda hesabı açmağa yaxın olsalar da, son anda dəqiqlik çatmayıb. Hesabı ilə "Qəbələ" açıb. Ruslan Qurbanov 39-cu dəqiqədə qapı ağzında yaranmış qarışıqlıqdan məharətlə istifadə edib.
 
Bununla belə hissənin tamamına saniyələr qalmış rəqib hesabı bərabərləşdirib. Uzaq məsafədən gələn güclü zərbə Bezotosnı üçün qarşısıalınmaz olub.
 
Rəqibin cavab qoluna qədər isə "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk hakimlə mübahisəyə qədər texniki zonaya yollanmışdı.
 
İkinci hissədə daha bir dəfə fərqlənən fransızlar yekunda qalib gəlməyi bacarıblar.
 
Qeyd edək ki, bu məğlubiyyətlə təmsilçimiz növbəti tura yüksəlmək şansını rəsmən itirdi.
 
Avropa Liqası
IV tur
3 noyabr
 
C qrupu
“Qəbələ” – “Sent-Etyen” (Fransa) - 1:2
Qollar
: Ruslan Qurbanov, 39 - Tannane, 45+1, Beriç, 53
 
Baş hakim: Karlos Del Serro Qrande
 
UEFA nümayəndəsi: Aristeidis Stavropoulos (Yunanıstan)
Bakı. 8-ci km qəsəbə stadionu
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.