https://525.az/img/pics/medium/2024-05/313038_h7n2hbl7mb.jpg Azərbaycanlı generalın Sankt-Peterburqa və Varşavaya səfəri
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2022-07/231220_hgx8zt054t.jpg Pul və ruh - Rövşən Yerfi yazır
https://525.az/img/pics/medium/2024-05/313020_gbs2ijit41.jpg "Öpüş" - ​​​​​​​"Bir rəsmin dedikləri"
search
8 May 2024

“Qarabağ”ın oyunçusu millidən imtina etdi

“Qarabağ”ın oyunçusu millidən imtina etdi

“Qarabağ”ın hücumçusu Dino Ndlovu Cənubi Afrika Respublikası millisinin baş məşqçisi Efraim Maşabadan narazılıq edib.

Qol.az-ın xəbərinə görə, afrikalı futbolçu “World” qəzetinə müsahibəsində yaxşı formada olmasına baxmayaraq, milliyə dəvət edilmədiyini deyib və baş məşqçini günahlandırıb.

Qeyd edək ki, 26 yaşlı Ndlovu son dəfə CAR millisinə 2014-cü ildə, Afrika Millilət Kubokunun oyunları zamanı çağırılıb, lakin ona oynamaq şansı verilməyib.

“Mən çox təəssüf edirəm ki, beynəlxalq miqyasda uğurla çıxış etməyimə baxmayaraq, o, məni görməzdən gəlir. Əminəm ki, Maşabanın mənimlə problemi var” – deyə Ndlovu bildirib.

Ndlovu həmçinin bildirib ki, hazırda millinin bir çox  oyunçusu Maşabanın fəaliyyətindən narazıdır: “Onun rəhbərliyi altında millidə oynamaram. İstəyirəm hamı bilsin, nə qədər ki, Maşaba komandanın baş məşqçisidir, milliyə dəvət alsam da, getməyəcəyəm. Mən onun istədiyi kimi məşq etmişəm, amma oynamaq şansı verməyib. Əgər belədirsə, milliyə dəvət edilməyimin nə adı var?”

O deyib ki, daha iki futbolçu millidə oynamaqdan imtina edib: “Maşabanın idarəçiliyindən çox futbolçu narazıdır. Amma onlar bunu deməyə qorxurlar”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.