https://525.az/img/pics/medium/2024-05/313038_h7n2hbl7mb.jpg Azərbaycanlı generalın Sankt-Peterburqa və Varşavaya səfəri
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2022-07/231220_hgx8zt054t.jpg Pul və ruh - Rövşən Yerfi yazır
https://525.az/img/pics/medium/2024-05/313020_gbs2ijit41.jpg "Öpüş" - ​​​​​​​"Bir rəsmin dedikləri"
search
8 May 2024

Ekvador Futbol Federasiyasının eks-prezidentinə 10 il həbs

Ekvador Futbol Federasiyasının eks-prezidentinə 10 il həbs
FİFA-dakı korrupsiya qalmaqalının iştirakçılarından biri, Ekvador Futbol Federasiyasının sabiq prezidenti Luis Çiriboqa 10 il müddətinə azadlıqdan məhrum edilib.
 
APA-nın “AFP” agentliyinə istinadən verdiyi məlumata görə, L. Çiriboqa çirkli pulların yuyulmasında təqsirli bilinib.
 
2015-ci ilin yanvarında, L. Çiriboqa dördüncü dəfə Ekvador Futbol Federasiyasının prezidenti seçilib. Ötən ilin dekabrında ona FİFA-dakı korrupsiya qalmaqalı ilə əlaqədar ittiham irəli sürülüb. Bundan sonra L. Çiriboqa könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub.
 
Qeyd edək ki, 2015-ci ilin mayında FİFA-da korrupsiya qalmaqalı baş verib, təşkilatın yüksək vəzifəli 7 əməkdaşı həbs olunmuşdu. Ötən ilin dekabrında isə daha 16 FİFA funksionerinə qarşı ittihamlar irəli sürülüb. Korrupsiya ilə bağlı qalmaqal FİFA prezidenti Yozef Blatterin istefa verməsi ilə nəticələnib.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.