Abşeron rayonu, “Gənclər” şəhərciyində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 18 nəfər tüstüdən zəhərlənib.
APA-nın məlumatına görə, həmin şəxslərin hamısına 1 saylı şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsində tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilən şəxslər aşağıdakılardır:
Fövqəladə Hallar Nazirliyi də yanğınla bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində onbirmərtəbəli yaşayış binasının zirzəmisindən 1-ci mərtəbəsinə kimi elektrik kabelləri 3 pm yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdəki mənzillərdən 22 nəfər sakin (onlardan 7 nəfəri azyaşlı uşaq olmaqla ) yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Binanın elektrik xətlərinin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub.