1510-cu il. Səfəvi qoşunları ilə Şeybanilər (özbəklər) arasında Mərv döyüşü olub.
Səfəvi qoşunları qalib gəliblər və Xorasan vilayəti Səfəvi imperatorluğunun tərkibinə qatılıb. O vaxtadək Şah İsmayıl Xorasan istisna olmaqla bütün İranı, Azərbaycanı və ərəb İraqını öz hakimiyyəti altında birləşdirmişdi.
1988-ci il. Dünya Səhiyyə Təşkilatı dekabrın 1-ni Dünyada QİÇS-lə (qazanılmış immun çatışmazlığı sindromu) mübarizə günü elan edib.
1940-cı il. Teatr xadimi, dramaturq, aktyor, Azərbaycan SSR-in Əməkdar artisti Mirmahmud Kazımovski vəfat edib (1882-1940).
O, 1906-cı ildə yaradılan Bakı Müsəlman Teatrının təşkilatçılarından və ilk üzvlərindən biri olub.
Kiçik pyeslərin, vodevillərin və musiqili komediyaların müəllifi olub, “Bakılılar”, “Kəndlilər” və s. filmlərdə çəkilib.
1945-ci il. Rusiyanın məşhur estrada artisti Gennadi Xazanovun doğum günüdür.