https://525.az/img/pics/medium/2024-05/312223_7y2a747xt8.jpg Xüsusi təyinatlıların əfsanəsi
https://525.az/img/pics/medium/2024-05/312191_go5ng8ctfr.jpg Şəhidlər xiyabanının ilk "sakini"
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdışın miqyası sürətlə genişlənir
https://525.az/img/pics/medium/2022-04/223117_v8ott8gxpa.jpg Ehtiramla xatırlanmaq - Bayram Məmmədov yazır
search
2 May 2024

Qəzaya uğrayan komanda üçün böyük jest

Qəzaya uğrayan komanda üçün böyük jest

2016-cı il üçün Cənubi Amerika kuboku (Sudamericana) bugünlərdə təyyarə qəzasında həlak olan Braziliyanın “Şapekoense” komandasının üzvlərinin xatirəsinə ehtiram əlaməti olaraq adıçəkilən kluba veriləcək.

Qol.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, kubokun finalında “Şapekoense”nin rəqibi olan Kolumbiyanın “Atletiko Medelin” klubu bununla bağlı Cənubi Amerika Futbol Konfederasiyasına müraciət edib.

Qurumun prezidenti Alejandro Dominqes təklifə müsbət yanaşdığını və məsələylə bağlı yekun qərarın qurumun dekabrın 21-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında veriləcəyini deyib. Müsbət qərar veriləcəyi halda, gələn il adıçəkilən Braziliya klubu “Libertodores” kubokunda yarışacaq.

Xatırladaq ki, “Şapekoense” “Atletiko Medelin”lə finalın ilk oyunu üçün Kolumbiyaya gedərkən qəzaya uğrayıb.

Əlavə edək ki, 1948-49-cu ildə təyyarə qəzası zamanı həlak olan İtaliyanın “Torino” komandası A seriyasında yarışan digər klubların tələbi ilə İtaliya çempionu elan edilmişdi.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.