https://525.az/img/pics/medium/2024-05/312191_go5ng8ctfr.jpg Şəhidlər xiyabanının ilk "sakini"
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdışın miqyası sürətlə genişlənir
https://525.az/img/pics/medium/2022-04/223117_v8ott8gxpa.jpg Ehtiramla xatırlanmaq - Bayram Məmmədov yazır
https://525.az/img/pics/medium/2024-05/312217_m26smajz6j.jpg Şəhid şair Kamal Ömər bəy -  Kərkük ədəbiyyatı
search
2 May 2024

Zidan Messini təbrik etdi

Zidan Messini təbrik etdi

“Şad ola bilmərik. Matç ərzində kifayət qədər qol şansı əldə etdik. Çoxlu qol epizodumuz oldu, amma oyunu nəzarətə almağı bacarmadıq. Nəticədən narazıyıq. Meydanda 10 nəfərlə qala-qala hesabı 2:2 edirsənsə, bir qədər müdafiə barədə də düşünmək lazımdır".

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Realın baş məşqçisi Zinəddi Zidan La Liqanın 32-ci turunda "Barselona"ya 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, Messini dubl etdiyinə görə təbrik edib: "Messi 2 qol vuraraq, komandasına qələbə qazandırdı. Oyunun videoyazısına baxacam. Amma heç nəyi dəyişmək istəməzdim. Çempionatda hələ xeyli görüş var və biz bu barədə düşünməliyik".

Z.Zidan mövsümün sonuna kimi çempioluq mübarizəsinin davam edəcəyini bildirib: "La Liqada mübarizə davam edir. Mübarizə aparmalıyıq. Oyunçularıma güvənirəm. Çempionluq öz əlimizdədir. La Liqanın qalibi olmaq üçün əlimizdən gələni edəcəyik".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.