https://525.az/img/pics/medium/2024-05/312223_7y2a747xt8.jpg Xüsusi təyinatlıların əfsanəsi
https://525.az/img/pics/medium/2024-05/312191_go5ng8ctfr.jpg Şəhidlər xiyabanının ilk "sakini"
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdışın miqyası sürətlə genişlənir
https://525.az/img/pics/medium/2022-04/223117_v8ott8gxpa.jpg Ehtiramla xatırlanmaq - Bayram Məmmədov yazır
search
2 May 2024

“Cüdo Klub 2012”: Avropa birinciliyində bürünc medal

“Cüdo Klub 2012”: Avropa birinciliyində bürünc medal

Çex Respublikasının paytaxtı Praqada bu il aprelin 18-dən 21-dək keçirilən sambo üzrə yeniyetmələr və gənclər arasında Avropa birinciliyində Bakının tanınmış idman klublarından olan “Judo Club 2012”nin də yetirməsi iştirak edib.

525.az-ın məlumatına görə, milli komandanın tərkibində yarışa yollanmış yeniyetmə samboçu Abdulla Abdullayev Vətənə medalla qayıdıb.

O, öz yaş kateqoriyasında 65 kq çəki dərəcəsində çıxış edib və üçüncü yeri tutaraq bürünc medala layiq görülüb. On yeddi yaşlı idmançının məşqçisi Məmməd Məmmədovdur.

Qeyd edək ki, yeniyetmələr yarışında Avropa birinciliyində Azərbaycanın daha üç samboçusu fərqlənib: 56 kq-da Rəşad Dünyamalıyev qızıl, 60 kq-da Yaşar Nəcəfov və 70 kq-da Teymur Allahverdiyev bürünc medal qazanıblar.

Gənclərdən ibarət millimiz isə cəmi bir medalla kifayətlənib: 62 kq-da xalça üzərinə çıxan Elmin Hüseynov bürünc medalın sahibi olub.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.