Ukraynanın Dnepr şəhərində Heydər Əliyevin xatirəsinə həsr olunmuş fleşmob keçirilib.
Azərbaycanın Ukraynadakı səfirliyindən APA-ya verilən məlumata görə, “Sən zirvələr liderisən” adlı fleşmob Ukraynanın Dnepr (keçmiş Dnepropetrovsk) şəhərində azərbaycanlı və yerli gənclərin təşəbbüsü və səfirliyin dəstəyi ilə təşkil olunub.
Fleşmobda Alfred Nobel adına Dnepr Milli Universitetinin tələbələri ilə azərbaycanlı gənclər iştirak ediblər.
Azərbaycan və Ukrayna bayraqları ilə sözügedən şəhərin mərkəzi meydanında bir araya gələn gənclər Dneprin ən uca binasının üstünə qalxaraq, göydələnin üzərinə Heydər Əliyevin portretini asıblar. Gənclər havaya Azərbaycan bayrağının rənglərini özündə əks etdirən şarlar buraxıblar.