|
|
|
|

Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlər keçirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, həftənin sonuna qədər davam edəcək təlimlər müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilir.
Təlimlərə Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub.



