Gələn ay Latviyada Latviya-Azərbaycan biznes forumunun keçirilməsi planlaşdırılır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan “APA-Economics”ə verilən məlumata görə, biznes forum iyulun 17-də Riqa şəhərində baş tutacaq.
Forum çərçivəsində Latviya iş adamları ilə işgüzar əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin təşkili nəzərdə tutulur. Latviyaya səfərdə iştirak etməkdə maraqlı olan sahibkarlardan iyulun 7-dək Azpromo-ya müraciət edə bilərlər.