ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, prezidentlər İran, Türkiyə və Rusiya liderlərinin bir neçə gün əvvəl Soçidə keçirilmiş üçtərəfli görüşünü, Suriya böhranını və digər regional problemləri müzakirə ediblər.