Məşhur “Euronews” telekanalı Azərbaycan şairi Nizami Gəncəvini fars şairi kimi təqdim edib. ANS PRESS-in məlumatına görə, bunu gün telekanalda “Gəncə - fars dahisi Nizaminin vətəni” adlı süjet yayımlayıb. Ümumilikdə Gəncəyə həsr olunmuş süjetdə deyilir ki, Nizami Gəncəvi XII əsrin fars şairidir və Azərbaycanda doğulub. Mak Dauellin hazırlarıdı reportajda bildirilir: “Nizami fars poeziyasının klassikidir. Müasir Azərbaycan ərazisindəki Gəncədə doğulub”. Qeyd edək ki, “Azərbaycan həyatı” buraxılışında ölkəmizlə bağlı silsilə reportajlar verilir.