|
|
|
|
Siyasətçi, keçmiş cəbhəçi Ramiz Tağıyev azadlığa buraxılıb. Bu barədə APA-ya Ramiz Tağıyev özü məlumat verib.
O qeyd edib ki, bu gün Ali Məhkəmədə onun kasasiya şikayətinə baxılıb. Məhkəmə onun şikayətini təmin edərək, barəsində çıxarılmış həbs qəti-imkan tədbirini ləğv edib. Buna səbəb ona qarşı açılmış cinayət işindəki maddələrdən birinə xitam verilməsi olub.
R.Tağıyev bildirib ki, o Ali Məhkəmənin bu qərarını ədalətin bərpa olunması kimi qiymətləndirir: “Mən bu gün əmin oldum ki, Azərbaycan məhkəmələrində ədalət artıq bərpa olunub”.
Qeyd edək ki, R.Tağıyev 2010-cu ildə Cinayət Məcəlləsinin 4 maddəsi ilə təqsirləndirilərək 8 il müddətinə azadlıqdan məhrum olunmuşdur.



