|
|
|
|

Birliyin rəhbərliyi bu gün Maştağa qəsəbəsindəki 1 saylı psixiatrik xəstəxanasındakı ahılları ziyarət edib.
“Yeni Üfüq” İctimai Birliyinin üzvlərinin dəstəyi nəticəsində xəstələrə ərzaq və hədiyyələr təqdim olunub. Birliyin sədri Sevinc Əzimbəyli orucluq ayı boyunca belə tədbirlərin ardıcıl olaraq keçirələcəyini bildirib. Eyni zamanda S.Əzimbəyli ölkə ictimaiyyətinə müraciət edərək, Ramazanın Uca Allahın insanlara bəxş etdiyi ilahi fürsət ayı olduğunu söyləyib. Birliyin sədri imkanlı şəxsləri bu ay boyunca şəhid və qazi ailələrinə, eləcə də yardıma ehtiyacı olan ölkə vətəndaşlarına əl tutmağa çağırıb.
yeniufuq.org



