“NSS Labs” şirkətinin tədqiqat nəticələrinə əsasən, “Internet Explorer” brauzerinin son versiyası ən təhlükəsiz brauzer adlandırılıb, “Securitylab” yazır. Ekspertlər təyin ediblər ki, “IE 10” və “Google Chrome 25/26” fişinq hücumlarına və istifadəçilərin fərdi məlumatlarının itkisinə qarşı daha dayanıqlıdır.
Bununla belə, arzuedilməz məzmunun bloklanmasının orta sürətinin hesablanması zamanı “Firefox” və “Safari” brauzerləri yaxşı nəticə göstəriblər.