|
|
|
|
“Seçki məntəqələrinin 96 %-də səsvermənin gedişinə kölgə sala biləcək hansısa pozuntu baş verməyib”.
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, bu, yüksək göstəricidir: “Bu nəticənin əldə edilməsi üçün MSK-nın maarifləndirmə işlərinin də böyük təsirləri olub.
Müxtəlif dövlət qurumlarının nümayəndələri də öz vəzifələrinin öhdəsindən gəlməyi bacarıb. Seçkilərdə rekord sayda namizəd qeydə alınmışdı”.