|
|
|
|
Bu gün ərzində 2-ci Alatava yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə "APA-Economics"ə "Azərsu" ASC-dən məlumat verilib.
Məlumata görə, içməli suyun verilişində məhdudiyyət Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən +152 “Alatava” su anbarında yenidənqurma işləri ilə əlaqədardır.
"Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir", - deyə məlumatda vurğulanıb.