|
|
|
|
Gələcəkdə Bakı Metropoliteninin daha üç xətti çəkiləcək.
Bu barədə Day.Az saytına Bakı Metropolitenindən bildiriblər.
Birinci prioritet istiqamət 5 stansiyanı əhatə edən xətdir ("Avtovağzal" -"Memar Əcəmi-2" - B3 – B4 – B5). Bu yolun uzunluğu 6,8 km-dir. Bu xətt Bakı Beynəlxalq Avtovağzalı, 3 və 4-cü mikrorayon, Tbilisi prospekti və Füzuli küçəsini əhatə edir.
İkinci prioritet istiqamət isə 8 stansiyanı əhatə edir (VI Stansiya – Y3 – Böyükşor – "Koroğlu-2" – Bakıxanov – Y-22 – Qaraçuxur – Yeni Günəşli). Yolun uzunluğu 12,5 metrdir. Bu yol Köhnə və yeni Günəşlini, Qaraçuxur qəsəbəsini, "Koroğlu" stansiyası ətrafındakı ərazini əhatə edir.
Üçüncü istiqamət isə üç stansiyanı ("Həzi Aslanov" - "Zığ şossesi" - "Hərbi akademiya") əhatə edir. Bu yolun uzunluğu 3,7 km-dir.