https://525.az/img/pics/medium/2024-05/313038_h7n2hbl7mb.jpg Azərbaycanlı generalın Sankt-Peterburqa və Varşavaya səfəri
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2022-07/231220_hgx8zt054t.jpg Pul və ruh - Rövşən Yerfi yazır
https://525.az/img/pics/medium/2024-05/313020_gbs2ijit41.jpg "Öpüş" - ​​​​​​​"Bir rəsmin dedikləri"
search
8 May 2024

Məşhur ifaçı koronavirusa yoluxdu

Məşhur ifaçı koronavirusa yoluxdu

Amerikalı müğənni Pink koronavirusa yoluxduğunu açıqlayıb.

“Report” “TASS” istinadən xəbər verir ki, bunu Pink öz “Twitter” səhifəsində yazıb.

“İki həftə öncə mən və oğlumda COVID-19-un simptomları əmələ gəlmişdi. Xoşbəxtlikdən, bizi müalicə edən həkim üçün koronavirus testləri əlçatan idi. Mənim testimin nəticəsi pozitiv çıxdı”, - müğənni bildirib.

Pink həmçinin ailəsinin iki həftə boyunca evdə qaldığını və həkimlərin təlimatına əməl etdiyini deyib.

“Bir neçə gün öncə biz yenidən test etdik və Allaha şükür, nəticəsi neqativ oldu”, - ifaçı əlavə edib.

Səhiyyə işçilərinə dəstək adına Pink Filadelfiya xəstəxanası və Los-Anceles merinin böhran fonduna 1 milyon ABŞ dolları ianə edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 117 000-i ötüb. Bunların 228 994 nəfəri sağalıb, 59 203 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.