İyunun 10-da Moskvada Dünya azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilaçılığı ilə Azərbaycanlıların İntellektual Forumu keçirilib.
Tədbirdə Rusiya və Azərbaycanın seçilən ictimai xadimləri, KİV nümayəndələri və Azərbaycanın Rusiyada diasporasının aktiv üzvləri və fəalları iştirak ediblər.
Forumun proqramı çərçivəsində Azərbaycanın Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, professor, Dövlət Mükafatı laureatı, "Şöhrət" və "Şərəf" ordenli tarzən Ramiz Quliyevə "Əbədi Lider" Fəxri diplomu və Qızıl medalının təqdimatı baş tutub.
Mükafat Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, İctimai Nəzarət Koalisiyası İctimai Birliyi, Sabitlik və İnkişaf Mərkəzi tərəfindən təsis edilib.
Tədbirin açılışında təşkilatın sədri, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Forumun proqramı və Mədəniyyət Mərkəzinin fəaliyyəti barədə məlumat verib. Sonra Fəxri diplom və "Əbədi Lider" medalını mükafatçıya təqdim edib.
ŞAHANƏ