|
|
|
|
NATO-nun baş katibi Yens Stoltenberq 2019-cu ilin mart ayında Gürcüstana səfər etməsi gözlənilir.
Trend-in məlumatına görə, bu Stoltenberqin Gürcüstana üçüncü səfəridir.
Səfər çərçivəsində baş katibin NATO-Gürcüstan birgə hərbi təlimlərində iştirak edəcəyi nəzərdə tutulub.
O, daha əvvəl "Gürcüstan"ın NATO-nun üzvü olacağını bildirirdi. Lakin Stoltenberq dəqiq tarixləri deyə bilməyəcəyini də qeyd edib.