|
|
|
|
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın Deyr-əz-Zor əyalətinin Şaafa kəndinə hava zərbələri endirib.
Trend-in məlumatına görə, beynəlxalq koalisiyanın endirdiyi hava zərbələri nəticəsində 60 nəfər ölüb və yaralanıb.
Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Xacin şəhəri və Şaafa kəndinə mütəmadi zərbələr endirir. Koalisiya Suriyada İŞİD terror qruplaşmasının obyektlərinə ölkə hökümətinin icazəsi olmadan zərbələr endirir.