|
|
|
|
Çinin şimal-qərbində Şensi əyalətində kömür mədənində dağıntılarda 20-yə yaxın insan ölüb.
Trend-in məlumatına görə, hadisə yerli vaxtla saat 16:30-da baş verib.
Yer altında çalışan 87 nəfərdən 19-u həlak olub, 66 nəfər isə təxliyyə edilib. Daha 2 nəfərin axtarışları davam etdirilir.
Dağıntıların yaranma səbəbi məlum deyil, araşdırma aparılır.