|
|
|
|
Qətər və ABŞ Dohada yerləşən əl-Üdeyd hərbi aviabazasının genişləndirilməsi üzrə razılaşma imzalayıblar.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo Qətərin XİN rəhbəri Məhəmməd bin Abdel Rəham Əl Tani ilə birgə mətbuat konfransl zamanı bildirib.
M.Pompeo deyib: "Bu baza bizim üçün çox vacibdir və bizim qüvvələri özündə yerləşdirdiyinə görə Qətərə minnətdarıq".
Razılaşma Doha keçirilən ikinci ABŞ-Qətər strateji dialoqu çərçivəsində imzalanıb.