|
|
|
|
Fransada "sarı jiletlilər" hərəkatının növbəti etiraz aksiyalarında azı 69 min insan iştirak edib.
Trend-in "BFMTV" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildiriblərş
Bildirilir ki, ölkənin payaxtı Parisdə etiraz aksiyalarında 4 min insan iştirak edib.
Telekanal xatırladır ki, ötən şənbə günü etiraz aksiyaların 84 min insan iştirak edib, həmçinin 7 min nəfər Parisdə.
Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlilər" adlandırılıb.