|
|
|
|
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Dominik Raabı Böyük Britaniyanın xarici işlər naziri təyin olunması münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində qeyd olunub.
"Azərbaycan Böyük Britaniya ilə ikitərəfli münasibətlərə böyük əhəmiyyət verir. Ümid edirik ki, ölkələrimiz arasındakı strateji əməkdaşlıq ölkələrimizin rifahı naminə daha da dərinləşəcək", - məlumatda deyilir.