|
|
|
|
İran orta mənzilli ballistik raket sınaqlarını keçirib.
"Report" xəbər verir ki, bu barədə FOX NEWS telekanalı məlumat yayıb.
ABŞ-ın bir sıra rəsmilərindən olan mənbələrə görə, buraxılış cümə axşamı gecə baş tutub.
Telekanalın məlumatına görə, "Şahab-3" raketi İranın cənub hissəsində atılıb və təxminən 960 km şimala uçub.
Tehran yaxınlığındakı səhrada yerə düşüb.