|
|
|
|
"Bakı Metropoliteni" QSC gələn il yeni qatarlar alacaq.
"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
Onun sözlərinə görə, alınacaq qatarların sayı aparılacaq araşdırmalardan sonra məlum olacaq.
Qeyd edək ki, bu il "Bakı Metropoliteni" 30 yeni vaqon istismara buraxıb.