|
|
|
|
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 10-da Bolqarıstan Respublikasının ölkəmizdəki səfiri Nikolay Yankov ilə görüşüb.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunulub, bu əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini qeyd edib.