|
|
|
|
“Azərbaycanda parlament seçkilərinə ictimiayyətin böyük marağı var. Gürcüstan azərbaycanlıları da parlament seçkilərini diqqətlə izləyir”.
Bunu secki-2020.az saytına açıqlamasında Gürcüstan parlamentinin deputatı Azər Süleymanov bildirib.
Deputat qeyd edib ki, hazırda Azərbaycanda demokratik seçki mühiti mövcuddur: “Mən KİV-lərdə, internet resurslarında ictimaiyyətin seçkiyə böyük marağının olduğunu müşahidə edirəm. Azərbaycanda ədalətli seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb”.
Namizədlər arasında güclü, əhali ilə dialoq qura bilən, fəal gənclərin olduğunu deyən A.Süleymanov layiqli namizədlərin qalib gələcəyinə inamını ifadə edib.