Rusiya Prezidenti Vladimir Putin Rusiyada Prezidentlik müddətinin ləğv olunması barədə təklifin əleyhinə çıxıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya Dövlət Dumasının bu gün keçirilən plenar iclasında çıxış edən V. Putin Prezidentlik müddətinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması barədə təklifi dəstəkləmədiyini deyib.
Qeyd edək ki, deputat Valentina Tereşkova bir şəxsin bir neçə dəfə prezident seçilməsinin vacibliyini, hazırkı prezident Vladimir Putinin yenidən prezident seçilməsinin Rusiya xalqı üçün önəmli olduğunu söyləyib, prezidentlik müddətinin ləğv olunmasını təklif edib.