|
|
|
|
"Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulması ilə bağlı işlər aparılır".
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
O bildirib ki, hazırda heykəlin hazırlanması işləri görülür: "Heykəltaraşlar işləyir, Heydər Əliyev Fondu tərəfindən məsələyə nəzarət olunur. Heykəlinin ucaldılması asan başa gələn proses deyil. Yaxın vaxtlarda bu məsələ reallaşdırılacaq".