|
|
|
|
“Xalqın, vətəndaşlarımızın intellektual səviyyəsi yüksəkdir. Virusun mövcudluğuna inanmayanların üstünlük təşkil etməsi ilə razılaşmıram”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O qeyd edib ki, koronavirusun mövcudluğuna inanmayan müəyyən kəsim də var, bunun üçün isə maarifləndirmə işləri aparılmalıdır.